Əlcəzairin dövlət başçısı İlham Əliyevi təbrik edib

Əlcəzairin dövlət başçısı İlham Əliyevi təbrik edib
  25 Aprel 2018    Oxunub:831
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimizi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafeyi naminə möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməyə hər zaman hazır olduğumu bildirirəm.

Cənab Prezident, icazə verin, Sizə bir daha öz dərin ehtiramımı bildirim”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Əlcəzair  





Xəbər lenti