“Çölçü” Oskara namizəd oldu – VİDEO

 “Çölçü” Oskara namizəd oldu – VİDEO
  08 Oktyabr 2013    Oxunub:2780
Azərbaycan istehsalı olan “Çölçü” filmi (Steppe Man) Oskar uğrunda mübarizə aparmağa çalışacaq.
AzVision.az “Oskar” mükafatının rəsmi saytına istinadən xəbər verir ki, Şamil Əliyevin ötən il ekranlara çıxan “Çölçü” filmi dünyanın ən nüfuzlu kino mükafatına namizəd olmaq şansı qazanıb. “Çölçü” “Ən yaxşı xarici film” nominasiyasında namizəd adını qazanmaq üçün 76 ölkədən olan onlarla filmlə rəqabət aparacaq.

86-cı Oskar mükafatlandırma mərasimi 2014-cü ilin yanvar və ya fevral aylarında baş tutacaq.

Əməkdar artist Vidadi Həsənovun ssenarisi əsasında ekranlaşdırılan film çölü özünə yurd yeri seçmiş Ulu və cavan çölçünün məhəbbəti haqqında nağılvari həyat hekayəsindən bəhs edir. Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir və Çölçünün həyatına öz nağılını qatıb, onun həyatını dəyişir.

Filmdə əsas rolları əməkdar artist Vidadi Həsənov, aktyorlar Bəhruz Vaqifoğlu, Salome Demuria, Cavidan Məmmədli, Vüsal Mehralıyev və başqaları oynayıb.

“Çölçü” bir çox beynəlxalq kinofestivallarda (XXI "Kinoşok", "Avrasiya" VIII Beynəlxalq , XVI "Qaranlıq gecələr", 35-ci Qahirə Beynəlxalq, 13-cü Tbilisi Beynəlxalq filmfestivalı və.s) iştirak edib, diplomlar qazanıb.





Teqlər:  





Xəbər lenti