Rumıniya prezidenti İlham Əliyevi təbrik edib

  25 Aprel 2018    Oxunub : 296
Rumıniya prezidenti İlham Əliyevi təbrik edib
Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Əziz cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Əminəm ki, həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar olan bu ildə ölkələrimiz arasındakı strateji tərəfdaşlığı dərinləşdirmək və konkret layihələr əsasında ikitərəfli iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün praqmatik addımlar atmaq imkanlarına malik olacağıq.

Əziz cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

AzVision.az

Teqlər: İlham-Əliyev