Daha bir həmkarından İlham Əliyevə təbrik

Daha bir həmkarından İlham Əliyevə təbrik
  26 Aprel 2018    Oxunub:949
Yunanıstanın prezidenti Prokopis Pavlopulos İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Dost Azərbaycan xalqının yüksək etimad göstərərək Sizi yenidən dövlət başçısı seçməsi münasibətilə Zati-alinizi təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Yunanistan   Təbrik  





Xəbər lenti