Astarada top mərmisi tapılıb

Astarada top mərmisi tapılıb
  26 Aprel 2018    Oxunub:1232
Aprelin 25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Astara rayonu, Həzi Aslanov küçəsində mərminin tapılması barədə məlumatlar daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) AzVision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik geritəpməsiz top mərmisi (BK-881) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

AzVision.az


Teqlər: ANAMA   Mərmi  





Xəbər lenti