Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir

Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir
  26 Aprel 2018    Oxunub:1360
İsveçrə-MDB Birgə Ticarət Palatasının prezidenti Marsel Pavliçek Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrik məktubunda deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İsveçrə-MDB Birgə Ticarət Palatasının İdarə Heyəti və üzvləri adından səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm.

İsveçrə-MDB Birgə Ticarət Palatası Sizin rəhbərliyinizlə Azərbaycanda ticarət və investisiyanın inkişafını İsveçrə şirkətləri üçün yüksək qiymətləndirir. Bizim ticarət palatamız bu imkanları təşviq etmək üçün səylə çalışır və Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Yeni prezidentlik dönəmində Sizə müvəffəqiyyətlər arzu edir, Azərbaycan xalqına rifah və firavanlıq diləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin".

***

Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurovun təbrik məktubu:

"Hörmətli İlham Heydər oğlu. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz Azərbaycan xalqı arasında yüksək nüfuzunuzun, ölkənin hər bir sakininin rifahının yüksəlməsi məqsədilə yürütdüyünüz sosial-iqtisadi siyasəti xalqın yekdilliklə dəstəkləməsinin parlaq sübutudur.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən cansağlığı, rifah və bütün məqsədlərinizin gerçəkləşməsində uğurlar, gözəl Vətəninizə isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

***

İslam İnkişaf Bankı Qrupunun prezidenti dr. Bandar Haccardan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz böyük Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə və həmçinin dövlətinizin misilsiz uğurlarına verdiyi yüksək qiymətin təsdiqidir.

Bu xoş fürsətdən istifadə edərək İslam İnkişaf Bankı Qrupuna göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, İslam İnkişaf Bankı Qrupu Zati-alinizin təşəbbüslərini və Azərbaycan hökuməti ilə əməkdaşlığın Azərbaycan Respublikasının sosial və iqtisadi inkişafı, xalqın rifahı naminə gücləndirilməsini dəstəkləməyə hazırdır.

Zati-aliləri, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Alman-Azərbaycan Xarici Ticarət Palatası İdarə Heyətinin sədri Falko Haydrixdən və palatanın icraçı direktoru Tobias Baumanın təbriki:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Alman-Azərbaycan Xarici Ticarət Palatası adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan Cənubi Qafqaz regionunda Almaniyanın enerji və ticarət sahələrində ən mühüm tərəfdaşıdır. Almaniya şirkətləri xarici münasibətlərdə sabitliyi, strateji uzaqgörənliyi və etibarlılığı yüksək qiymətləndirirlər. Almaniya Ticarət Palatası və ona üzv şirkətlər Sizin hökumətin islahatlar siyasətini dəstəkləyir və bu yanaşmaların tətbiqi üçün öz davamlı töhfələrini təklif edir.

Bu xoş fürsətdən istifadə edərək, bu il fevralın 13-də alman şirkətlərinin nümayəndələrini qəbul etdiyinizə görə Sizə minnətdarlığımızı bildirmək istərdik. Əminik ki, bu görüşün yaratdığı stimul Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında gələcək əməkdaşlığımız üçün möhkəm əsas olacaq.

Prezidentliyinizin yeni dönəmində Zati-alinizə və dövlətinizə uğurlar arzu edirik".

***

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Əziz cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Əminəm ki, həm Rumıniya, həm də Azərbaycan üçün əlamətdar olan bu ildə ölkələrimiz arasındakı strateji tərəfdaşlığı dərinləşdirmək və konkret layihələr əsasında ikitərəfli iqtisadi əməkdaşlığımızı genişləndirmək üçün praqmatik addımlar atmaq imkanlarına malik olacağıq.

Əziz cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

***

Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın təbriki: "Cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimizi çatdırır, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafeyi naminə möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməyə hər zaman hazır olduğumu bildirirəm.

Cənab Prezident, icazə verin, Sizə bir daha öz dərin ehtiramımı bildirim".

***

Belizin Baş naziri Din Borroudan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi, Azərbaycan hökumətini və xalqını Beliz hökuməti və xalqı adından təbrik etməkdən şərəf hissi duyuram.

Xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə və hökumətinizlə əməkdaşlığımızı bundan sonra da davam etdirmək arzusundayam.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

ABŞ-ın EksonMobil şirkətinin prezidenti Nil Daffin də İlham Əliyevi təbrik edib:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi EksonMobil şirkəti adından təbrik etməkdən məmnunluq hissi duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın müxtəlif yerlərindən olan şirkətlərlə sıx peşəkar ticarət tərəfdaşlığı quraraq öz enerji resurslarını dünya bazarına çıxarmaq istiqamətində səylərini davam etdirir. Siz beynəlxalq tərəfdaşlığa xüsusi önəm verərək ölkəni investisiyalar üçün cəlbedici bir məkana çevirmisiniz. EksonMobil şirkəti olaraq Azərbaycanın inkişafına töhfə verdiyimiz üçün qürur hissi keçirir və ölkənin daha parlaq gələcəyi naminə fəaliyyətimizi davam etdirməyə ümidvarıq.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə və xalqınıza əmin-amanlıq və daha yüksək tərəqqi arzulayıram".

***

İtaliya Senatında İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Senator xanım Maria Rizzottidən təbrik:

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə hərarətli və ən səmimi təbriklərimi çatdırıram.

Seçkilərin nəticələri Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz siyasi kursa verdiyi ən yüksək qiymətin, şəxsiyyətinizə bəslədiyi dərin inamın əyani təsdiqidir.

Sizin rəhbərliyinizlə Azərbaycan həm daxili, həm də beynəlxalq səviyyədə, həmçinin İtaliya ilə münasibətlərdə möhtəşəm müvəffəqiyyətlər əldə edib.

Əminəm ki, Sizin Prezidentliyinizin yeni dönəmi ölkənizin inkişafına və beynəlxalq səviyyədə mövqeyinin güclənməsinə, habelə İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsinə davamlı töhfəsini verəcək. Sizə ən dərin hörmətimi çatdırıram".

***

Özbəkistan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Səlim Abduvaliyevdən Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Seçkilərdə inamlı qələbəniz xalqın Sizə etimadının təzahürüdür.

Azərbaycan Sizin rəhbərliyinizlə bu gün həm idman sahəsində, həm də bir çox başqa sahələrdə yüksək göstəriciləri ilə seçilən lider ölkədir. Bu da Sizin yürütdüyünüz siyasətin və doğma Vətəninizdə idman hərəkatının inkişafına peşəkarcasına yanaşmanın göstəricisidir.

Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Xalqlarımızın rifahı naminə səmərəli əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümidvaram".

***

Özbəkistan Milli Olimpiya Komitəsinin prezidenti Umid Axmatcanovdan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Özbəkistan Milli Olimpiya Komitəsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Xalqın yüksək etimadı, zəngin təcrübəniz və nüfuzunuz Sizi bundan sonra da ölkənizin rifahı naminə daha səylə çalışmağa, aktual sosial-iqtisadi məsələlərin həlli barədə mükəmməl qərarlar qəbul etməyə ruhlandıracaq.

Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən idman siyasəti sayəsində Azərbaycanın qazandığı uğurlar bizi ürəkdən sevindirir və ruhlandırır.

Azərbaycanda beynəlxalq əhəmiyyətli böyük idman tədbirlərinin keçirilməsi, eləcə də müvafiq infrastrukturun yaradılması bu nailiyyətlərin göstəricisidir. 2012-ci ildə qızlar arasında futbol üzrə U-17 dünya çempionatının, 2015-ci ildə Avropa Oyunlarının, 2016-cı ildə yeniyetmələr arasında Avropa çempionatının, 2016-cı ildən başlayaraq Formula 1 Qran-Pri yarışlarının, 2016-cı ildə Şahmat Olimpiadasının, habelə 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi buna əyani sübutdur.

Bu gün bizim əsas vəzifəmiz Özbəkistan-Azərbaycan münasibətlərini möhkəmləndirməkdən, idmanın və Olimpiya hərəkatının inkişafı sahəsində əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı, rifah arzulayır, ən yüksək ehtiramımı ifadə edirəm".

***

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyevadan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Gürcüstan azərbaycanlıları ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinə səs verən xalqımızın seçimini alqışlayır və sevincinə şərik olur. Əminik ki, möhtərəm Prezidentimizin liderliyi ilə Azərbaycan dünyanın siyasi arenasında mövqeyini daha da gücləndirəcək.

Cənab Prezident, doğma Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayır, xalqımıza sülh və rifah diləyirik.

***
Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernarddan Prezident İlham Əliyevin ünvanına təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Əminik ki, bundan sonra da bütün istiqamətlərdə olduğu kimi, diaspor təşkilatlarının inkişafında da yeni addımlar atılacaqdır.

Biz Nigeriyada yaşayan azərbaycanlılar Azərbaycan həqiqətlərinin təbliğində, həmvətənlərimizin hüquq və mənafelərinin müdafiəsi yolunda gördüyünüz işləri yüksək qiymətləndirir, siyasi kursunuzu yekdilliklə dəstəkləyirik.

Cənab Prezident, Azərbaycan Respublikasının daha da inkişafı naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, zəngin təcrübəniz və yüksək idarəçilik istedadınız bundan sonra da ali dövləti vəzifənizdə böyük uğurlar qazanmağınıza imkan verəcək".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti