Ramiz Mehdiyev Rusiyanın “Şərəf” ordeni ilə təltif edilib

Ramiz Mehdiyev Rusiyanın “Şərəf” ordeni ilə təltif edilib
  26 Aprel 2018    Oxunub:3038
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü zamanı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə "Şərəf" ordeni təqdim edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının sədri Yevgeni Anoşin bildirib.

"Nikolay Patruşev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib", - Anoşin qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: PA   Ramiz-Mehdiyev   Şərəf-Ordeni  





Xəbər lenti