Naxçıvanda duzdan “Qurani Kərim” hazırlanıb - FOTO

Naxçıvanda duzdan “Qurani Kərim” hazırlanıb - FOTO
  26 Aprel 2018    Oxunub:2256
Xəbər verdiyimiz kimi, Naxçıvanda “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi yaradılıb.
AzVision.az xəbər verir ki, ötən gün Naxçıvan Duz Muzeyi istifadəyə verilib. Muzeydə duzla bağlı şifahi xalq ədəbiyyatı nümunələri nümayiş olunur. Ekspozisiyadakı daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir.

Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş olunan bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir.

Duzdan hazırlanmış və üzərində “Məhəmməd və Əli” sözləri yazılmış “Qurani Kərim” duza verilən böyük dəyərin ifadəsidir. Daşduzdan hazırlanmış əl işləri, Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazırlanmış maketi də muzeyin maraqlı eksponatlarındandır.

AzVision.az


Teqlər: Naxçıvan   Muzey   Duz  





Xəbər lenti