İran vətəndaşı sərhəddə azərbaycanlı qadını öldürdü

İran vətəndaşı sərhəddə azərbaycanlı qadını öldürdü
  26 Aprel 2018    Oxunub:1046
İran vətəndaşı sərhəd-keçid məntəqəsində qəza törədib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 25-də saat 6 radələrində Qusar rayonunun “Samur” sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşı Qulamirzə Fərəczadə “Volvo” markalı yük avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Qusar RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti