Həbsxanalarda vərəmdən ölüm halı 105 dəfə azalıb
“2017-ci ildə əvvəlki illə müqayisədə yeni aşkar edilənlərin sayında 64 % azalma qeydə alınıb ki, bu hal xüsusi kontingent arasında yoluxma riskinin azaldığını təsdiq edir. 2007-ci ildən etibarən penitensiar müəssisələrdə cəza çəkən İİV/QİÇS-li xəstə məhkumlar ARV müalicəsi ilə əhatə olunurlar və indiyədək kumulyativ olaraq 748 məhkum bu müalicəyə cəlb edilib. Hazırda 297 şəxs müalicəsini davam etdirir, ARV müalicəyə cəlb edilməyə dair ÜST-ün tövsiyə etdiyi hədəf göstəricisi həddi (90%) aşılıb və ehtiyacı olan şəxslərin hamısına 100% spesifik tibbi tədbirlər aparılır”.
Nazirlikdən bildirilib ki, ARV müalicəsini qəbul edən və cəza müddəti başa çatdığı üçün azadlığa buraxılan məhkumların müalicədə fasilə vermə riskinin azaldılması məqsədilə onların yaşayış yeri üzrə regional QİÇS Mərkəzlərində qeydiyyata düşənə qədər 15 gün müddətinə dərmanlarla təmin edilməsi məqsədi ilə 2015-ci ilin dekabr ayından başlanılmış işlər davam etdirilir və onların ARV müalicəndə fasilə vermə riski azaldılıb.
“Məhbuslar üçün iki hospital mövcuddur. Biri çoxprofilli müalicə müəssisəsidir. Orada cərrahiyyə, terapiya, yoluxucu xəstəliklər, nevrologiya, psixiatriya, dəri-zöhrəvi, reanimasiya və intensiv terapiya şöbələri vardır. Digəri isə vərəmli xəstələr üçün ixtisaslaşdırılmış müalicə müəssisəsidir. Zərurət yarandıqda məhbusun müayinə və müalicələrinə Səhiyyə Nazirliyinin ali dərəcəli müxtəlif ixtisaslı aparıcı həkimləri də cəlb olunur. Mürəkkəb diaqnostik hallarda müayinələr zamanı Səhiyyə Nazirliyinin klinikalarının maddi-texniki imkanlarından da istifadə edilir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: