Siyəzəndə su kanalında qadın meyiti tapılıb

Siyəzəndə su kanalında qadın meyiti tapılıb
  26 Aprel 2018    Oxunub:1604
Siyəzən rayonunun Ağbaş kəndi ərazisində bir nəfər Samur-Abşeron kanalına düşüb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirliyin hadisə yerinə cəlb olunmuş Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun apardığı axtarışlar nəticəsində meyit tapılıb.

Hələlik şəxsiyyəti məlum olmayan qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN   Meyit  





Xəbər lenti