Merkel İlham Əliyevi təbrik etdi

Merkel İlham Əliyevi təbrik etdi
  26 Aprel 2018    Oxunub:2739
Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Prezident İlham Əliyevi təbrik edib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm"

AzVision.az


Teqlər: Almaniya   Merkel   İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti