Ermənistanda bir neçə nazir istefa verdi

Ermənistanda bir neçə nazir istefa verdi
  26 Aprel 2018    Oxunub:7928
Ermənistanda davam edən aksiyalar fonunda bir neçə nazir istefa verib.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Daşnaksütun Partiyasından olan nazir və qubernatorlar istefaya gediblər.
Partiyanın mətbuat xidmətinin yaydığı məlumata əsasən, ərazi idarəetmə və inkişaf üzrə nazir vəzifəsini icara edən David Lokyan, təhsil və elm naziri vəzifəsini icara edən Levon Mkrtçyan və ekologiya naziri vəzifəsini icara edən Arsvik Minasyan istefa qərarlarını açıqlayıblar.

Eyni zamanda Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqatsotn vilayətinin qubernatoru Aşot Simonyan da istefa verib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Nazir   Etiraz  





Xəbər lenti