"Məhkəmə hakimlərinin 60 faizi təzələnib" - Ədliyyə naziri

"Məhkəmə hakimlərinin 60 faizi təzələnib" - Ədliyyə naziri
  26 Aprel 2018    Oxunub:1671
Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparılıb, bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib.
AzVision.az xəbər verir ki, Ədliyyə Nazirliyinin kollegiya iclasında çıxış edən nazir Fikrət Məmmədov bildirib ki, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılıb, müasir İKT-nin, dövlət başçısının Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görülüb.

Kollegiya iclasında probasiya nəzarətinin təsbit olunması, alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılması vurğulanıb. Həmin vasitələrin tətbiqi qaydalarının bu ərəfədə Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi bildirilərək elektron qolbaqların geniş tətbiqinə və ictimai təqdimatın keçirilməsinə dair aidiyyəti tapşırıqlar verilib.

İclasda həmçinin, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə olunub, cari ilin birinci rübündə Məhkəmə ekspertizası mərkəzinə 40 ekspert ixtisası üzrə 8 min işin daxil olduğu və bu zaman ekspertlər tərəfindən 96 min suala cavab verilməklə qaldırılmış məsələlərin 98,5%-nin həllinə nail olunduğu qeyd edilib.

AzVision.az


Teqlər: Məhkəmə   Hakim  





Xəbər lenti