Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq
  26 Aprel 2018    Oxunub:1787
Bakı şəhərinin Sabunçu və Nizami rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, aprelin 27-də saat 10:00-dan təmir işləri tamamlananadək yeni çəkilmiş diametri 76 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması, diametrləri 219 və 89 mm-lik yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmasının ləğvi, Naxçivanski küçəsi 72 ünvanında yeraltı diametri 108 mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədar Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində,eləcə də Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

AzVision.az


Teqlər: Qaz  





Xəbər lenti