Rəsmi Bakıdan Lavrov-Nalbandyan görüşünə münasibət

Rəsmi Bakıdan Lavrov-Nalbandyan görüşünə münasibət
  26 Aprel 2018    Oxunub:1774
Azərbaycanın Xarici İşlər Nazirliyi Moskvada Rusiya və Ermənistanın XİN rəhbərləri Sergey Lavrov və Edvard Nalbandyan tərəfindən Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyətin müzakirə olunmasına münasibət bildirib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, müzakirə olunmalı əsas məsələ Ermənistanın keçmiş hərbi diktatura rejiminin ölkədaxili siyasi məqsədlər üçün təxribat məqsədilə Azərbaycanın işğal olunmuş əraziləri boyunca, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində vəziyyəti gərginləşdirməyə və hərbi toqquşmaları təhrik etməyə cəhd göstərməsidir:

"Qeyd etdiyimiz kimi, Serj Sarkisyanın hərbi diktatura rejiminin hakimiyyətdən getməsindən sonra Ermənistanda hakimiyyətə gələcək sağlam siyasi qüvvələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında tezliklə həlli üzrə danışıqlara hazırıq", - deyə H.Hacıyev vurğulayıb.

AzVision.az


Teqlər: XİN   Lavrov   Nalbandyan   Qarabağ  





Xəbər lenti