Rusiya Qarabağ danışıqlarının bərpa olunacağına ümid edir

Rusiya Qarabağ danışıqlarının bərpa olunacağına ümid edir
  26 Aprel 2018    Oxunub:1662
Rusiya ümid edir ki, Ermənistanda vəziyyət sabitləşəndən sonra İrəvan və Bakı arasında Qarabağ danışıqları bərpa olunacaq.
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Zaxarova bildirib ki, rəsmi Moskva Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizi dəfələrlə səsləndirmişik. Çıxış yolu yalnız sülh danışıqları müstəvisində olmalıdır. Ümid edirik ki, tərəflər danışıqlar prosesinə qayıdacaq”.

AzVision.az


Teqlər: Rusiya   Zaxarova   Qarabağ  





Xəbər lenti