“Azərbaycanla əlaqələr bizim üçün prioritetdir” - Moskva meri

“Azərbaycanla əlaqələr bizim üçün prioritetdir” - Moskva meri
  26 Aprel 2018    Oxunub:932
Rusiya Federasiyası Moskva şəhərinin meri Sergey Sobyanin prezident İlham Əliyevə təbrik məktubu ünvalayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moskva hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan xalqı demokratik və iqtisadi dəyişikliklərin daha da inkişaf etdirilməsi, sabitliyin, dövlətçiliyin möhkəmləndirilməsi xeyrinə mühüm seçim etdi. Bu seçim Rusiya ilə mehriban qonşuluğun və çoxtərəfli əməkdaşlığın da inkişafına töhfə verəcəkdir.

Azərbaycan Respublikası ilə qarşılıqlı fəaliyyət bizim yaxın xarici ölkələrlə çoxtərəfli əlaqələrimizin prioritet istiqamətlərindən biridir.

Əminəm ki, tərəfdaşlığımızın keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatması üçün hazırda ən əlverişli şərait mövcuddur. Biz də öz tərəfimizdən bu prosesin sürətləndirilməsi üçün nə lazımdırsa etməyə hazırıq.

Ölkələrimiz arasında yaranmış konstruktiv əlaqələri qardaş xalqlarımızın tərəqqisi naminə inkişaf etdirmək üçün Sizin səylərinizi yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik".

AzVision.az


Teqlər: Moskva   Mer   Təbrik  





Xəbər lenti