Azərbaycanlılar yay istirahətini bu ölkələrdə keçirəcək

Azərbaycanlılar yay istirahətini bu ölkələrdə keçirəcək
  27 Aprel 2018    Oxunub:1592
Yay mövsümündə ölkə xaricində istirahət edən azərbaycanlıların sayında artım müşahidə ediləcək.
Bu barədə AzVision.az-a Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib. O deyib ki, bu mövsüm azərbaycanlı turistlər əsasən Türkiyə və Monteneqro istiqmaətində səfərlərə üstünlük verəcəklər.

“Bu, həmin istiqmaətdə birbaşa uçuşların olması ilə bağlıdır. Həmçinin Türkiyəyə yenidən maraq artıb. Bunu təkcə ölkə vətəndaşlarımız deyil, həmçinin rusiyalı və Avropanın digər ölkələrindən olan turistlərin sayında da müşahidə edəcəyik. Artıq yay istirahəti ilə bağlı rezervasiyalar öncədən edilir. Sifarişlər normadan artıqdır. Yayda istirahətini xaricdə keçirəcək turistlərə məsləhət edirəm ki, indidən səfərlərini planlaşdırsınlar”, - deyə AzTA sədri qeyd edib.

N.Bağırovun sözlərinə görə, azərbaycanlılar istirahət etmək üçün Türkiyə və Monteneqro ilə yanaşı Gürcüstan, BƏƏ və digər Avropa ölkələrinə də səfərlər planlaşdırırlar.

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm  





Xəbər lenti