Hərbi məhsullarımızın ixrac həcmi 2 dəfə artıb

Hərbi məhsullarımızın ixrac həcmi 2 dəfə artıb
  27 Aprel 2018    Oxunub:1475
2018-ci ilin birinci rübündə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrində istehsal olunan məhsulun 89 faizi müdafiə və xüsusi təyinatlı, 11 faizi isə mülki təyinatlı məmulatlar təşkil edir.
AzVision.az xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyində 2018-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclasında çıxış edən nazir Yavər Camalov bildirilib. Onun sözlərinə görə, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.

Belə ki, istehsal olunan məmulatlardan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur. İxrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

AzVision.az


Teqlər: Silah   MSN  





Xəbər lenti