Bakıda 3 universitetdə dərslər dayandırılıb

Bakıda 3 universitetdə dərslər dayandırılıb
  27 Aprel 2018    Oxunub:1793
Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar 3 universitetdə dərslər dayandırılıb.
AzVision.az xəbər verir ki, bunlar Azərbaycan Pedoqoji Universiteti, Azərbaycan İqtisad Universitetinin İçərişəhər korpusu və Qərbi Kaspi Univeritetidir.

Yarışların ilk günü 5-cü günə təsadüf etdiyi üçün həmin ali təhsil müəssisəsinin tələbələrinə bu gün dərsə gəlməmələri bildirilib.

Qeyd edək ki, bu gün Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürüb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Formula-1   Dərs  





Xəbər lenti