Trampdan İlham Əliyevə təbrik: “Sizinlə birgə işləmək əzmindəyəm”

Trampdan İlham Əliyevə təbrik: “Sizinlə birgə işləmək əzmindəyəm”
  27 Aprel 2018    Oxunub:10974
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm.

Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm".

AzVision.az



Teqlər: ABŞ   Tramp   İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti