Yəhudi Konqresinin rəhbərliyi prezidenti təbrik edib

Yəhudi Konqresinin rəhbərliyi prezidenti təbrik edib
  27 Aprel 2018    Oxunub:1502
Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder və Konqresin baş icraçı direktoru Robert Zinger Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az -ın məlumatına görə, təbrik mətnində deyilir: "Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi dünyanın yüzdən çox ölkəsində yəhudi icmaları və təşkilatlarını təmsil edən Ümumdünya Yəhudi Konqresi adından təbrik etməkdən çox məmnunuq.

Sizin Azərbaycanda yəhudi icmasına davamlı dəstəyinizi həmişə yüksək qiymətləndirmişik. Sizinlə Bakıdakı son görüşümüzdə dediyiniz kimi, Azərbaycan və yəhudi xalqlarının uzun bir dostluq tarixi var və iki xalq arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Əminik ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında güclü ikitərəfli münasibətlər bundan sonra da inkişaf edəcəkdir.

Seçkilərdəki qələbəniz münasibətilə Sizi bir daha təbrik edirik. Zati-alinizə salamlarımızı və təbriklərimizi şəxsən çatdıracağımız günü səbirsizliklə gözləyirik".

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti