Elmar Vəliyev İdman-Şahmat Məktəbinin açılışında- Video

  27 Aprel 2018    Oxunub : 1030
Elmar Vəliyev İdman-Şahmat Məktəbinin açılışında- Video
Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müasir şəkildə təhciz edilmiş yeni binanın açılışı olub. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin kollektivi, idmançılar və şəhər ictimaiyyəti iştirak ediblər.
AzVision.az xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq bildirb ki, İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi təhsil və idmana göstərilən qayğı da göz önündədir. 2020-ci ilə kimi Nizami yurdunda təmirsiz təhsil müəssəsinin qalmayacağını deyən Elmar Vəliyev qeyd edib ki, bu il ərzində şəhərdə eyni zamanda 4 otel də istifadəyə veriləcək. Bundan başqa Gəncə Dövlət Dram Teatrı və İdman Sarayının tikintisi sürətləndiriləcək.

Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şagirdi Leyla Budaqova çıxışında bildirib ki, 2015-ci ildə Tailandda keçirilən dünya birinciliyinin qalibi olub. 2017-ci ildə Rumıniyada keçirilən dünya birinciliyinin bürünc mükafatçısı olan Leyla Budaqova yeni binada yaradılan bu gözəl şəraitdən sonra parlaq qələbələrilə gəncləliləri sevindirəcəyini deyib. Azərbaycan Respublikasının bayrağını və Gəncənin adını yüksəklərə ucaldacağına söz verib.

Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müdiri Asif Həsənov binada şagirdlər üçün 7 şahmat sinfi otağı və 1 zal yaradıldığını bildirib. Hazırda məktəbdə qeydiyyatda olan 1058 nəfər şagirdə 58 müəllim tərəfindən şahmatın sirləri öyrədildiyini Asif Həsənov qeyd edib. Hazırda yeni açılışı edilən binada 17 məşqçi müəllim 268 şagirdə zəka oyununun sirlərini öyrədir. Asif Həsənov xüsusi vurğulayıb ki, məktəb 1980-ci ildən bəri çoxlu sayda beynəlxalq qrossmeyster, beynəlxalq usta, Avropa və dünya birinciliklərinin mükafatçılarını yetişdirib. Beynəlxalq qrossmeysterlər Vüqar Rəsulov, Ülviyyə Fətəliyeva və beynəlxalq ustalar – Ayaz Məmmədov, Nicat Ağayev, Səbinə İbrahimova isə Gəncə Şahmat Məktəbinin son 7 ildəki yetirmələridir. Açılışın rəmzi olan qırmızı lenti kəsildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və tədbir iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar.




AzVision.az

Teqlər: Gəncə