"Formula-1" üzrə ikinci sərbəst yürüş başa çatıb

"Formula-1" üzrə ikinci sərbəst yürüş başa çatıb
  27 Aprel 2018    Oxunub:1392
Bakıda "Formula-1" Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü başa çatıb.
AzVision.az xəbər verir ki, sərbəst yürüşlər 1 saat 30 dəqiqə davam edib. İkinci sərbəst yürüşdə hamıdan sürtəli "Red Bull"un heyətində Daniel Rikkardo olub. O, yarışda 1:44.795 saniyəlik nəticə göstərib. İkinci pillədə 1:42.864 saniyə nəticə ilə "Ferrari"dən Kimi Raykkonen, üçüncü yerdə isə 1:42.911 göstərici ilə "Red Bull"-un digər təmsilçisi Maks Ferstappen qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüş keçirilib. 1 saat 30 dəqiqə davam edən yarışda 1:44.242 saniyə nəticə ilə "Mercedes" komandasının pilotu Valterri Bottas hamıdan üstün olub.

"Red Bull"un heyətində Daniel Rikkardo qalibdən 0,035 saniyə, "Fors İndia" komandasının üzvü Serxio Peres isə 0,833 saniyə geri qalıb. Sərbəst yürüşlərə 10 komandanın heyətində 20 pilot qatılıb.

Yarışlarda “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler çıxış edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1   Qran-Pri  





Xəbər lenti