Zakir Həsənov Çinin döyüş texnikaları ilə tanış olub

Zakir Həsənov Çinin döyüş texnikaları ilə tanış olub
  29 Aprel 2018    Oxunub:1622
Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, şirkətin rəhbərliyi ilə görüşdə general-polkovnik Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra Müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.

AzVision.az


Teqlər: Müdaifə-Nazirliyi   Zakir-Həsənov   Çin  





Xəbər lenti