Nazir müavini yanğınla bağlı dediklərinə aydınlıq gətirdi
E. Mirzəyev deyib ki, söhbət xaricdən binaya su verilməsindən deyil, nasosların gücünün zəif olmasından gedir.
Qeyd edək ki, Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev ötən gün jurnalistlərə açıqlamasında binada yanğının uzun müddət davam etməsinin su qıtlığı ilə əlaqədar olduğunu deyib. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı dərhal məsələyə münasibət bildirərək yanğın olan ərazinin su ilə təmin edildiyini açıqlayıb.
Xatırladaq ki, dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada iki dəfə yanğın baş verib. Yanğınlar FHN- Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.
AzVision.az
Teqlər: FHN Nazir-müavini Yanğın