"Azərbaycan xalqının qonaqpərvərliyini görürlər" - Prezident

"Azərbaycan xalqının qonaqpərvərliyini görürlər" - Prezident
  30 Aprel 2018    Oxunub:1550
"Biz çox şadıq ki, dünya əhəmiyyətli tədbir olan Formula 1 üçüncü dəfə Bakıda keçirilir"

AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Prezident İlham Əliyev "Fox Sport" televiziya kanalına müsahibəsində deyib.
Prezident İlham ƏLİYEV: Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir. Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, onlar burada bizimlədirlər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq.

Müxbir: Siz bu küçələri tanıyırsınız, bu gün kim qalib gələcək?

Prezident İlham ƏLİYEV: Mən bilmirəm. Hər kəsə qalib olmağı arzu edirəm və qalib gələn hər kəs burada qəhrəman olacaq.

Müxbir: Təşəkkür edirəm.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Formula-1  





Xəbər lenti