Düşmən apreldə atəşkəsi 2873 dəfə pozub
AzVision.az-ın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, aprel ayında erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı snayper tüfənglərində, pulemyotlardan, 60 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Həmçinin Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Ordumuz aprel ayında itki verməyib.
Anar Kəlbiyev
AzVision.az