"Qalatasaray"ın prezidenti derbidən sonra qəzaya düşüb

"Qalatasaray"ın prezidenti derbidən sonra qəzaya düşüb
  30 Aprel 2018    Oxunub:1058
"Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz avtomobil qəzasına uğrayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza "Beşiktaş"la keçirilən derbidən sonra baş verib.

Belə ki, saat 00:00 radələrində M.Cengizin sürücüsünün idarə etdiyi avtomobil avtobusla toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəysə də xəsarət alan olmayıb.

Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

AzVision.az


Teqlər: Qalatasaray   Türkiyə  





Xəbər lenti