Narkotikə görə 493 nəfər tutulub

Narkotikə görə 493 nəfər tutulub
  30 Aprel 2018    Oxunub:1846
2018-ci ilin 3 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.
Qurumdan AzVision.az-a verilən xəbərə görə, cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 887 fakt aşkar edilib ki, onlardan 304-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 564-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 13-ü isə digərləri təşkil edib.

Aşkar edilən faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kq 631,681 qr müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, prekursorlar və o cümlədən 160 ədədçətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 263 kq 197,362 qr marixuana(50,6%), 87 kq 259,777 qr tiryək (16,8%), 135 kq 722,762 qr heroin (26,2%), 27 kq 467,44 qr həşiş (5,3%), 4 kq 368,229 qr digərləri (0,8%), 1 kq 616,111 qr psixotrop maddələr (0,3%), və 4490 ədəd həb təşkil etmişdir.

Cinayət məsuliyyətinə 493 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 36-sı 18-25 yaşadək, 60-ı 26-29 yaşadək, 396-sı 30 yaşdan yuxarı, o cümlədən 4-ü fəhlə, 420-sı işləməyənlər, 1-i kənd təsərrüfatı işçisi, 1-i vəzifəli və ya maddi məsul şəxs, 177 nəfəri əvvəllər cinayət törətmiş şəxslər, 489-u kişilər, 4-ü qadınlar, 8 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 1500 qrama yaxın narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 3-ü Rusiya Federasiyası 2-i İran İslam Respublikası, 2-i Ukrayna, 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.

AzVision.az


Teqlər: Narkotik  





Xəbər lenti