Çaylarda sululuq səviyyəsi açıqlanıb
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 144 kubmetr olmaqla ongünlük normanın 81 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 127 kubmetr təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvan və Salyanda 14, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 6 santimetr azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 364 (2017-ci il aprelin 30-da 358 sm), Şirvanda 247 (2017-ci il aprelin 30-da 217 sm), Salyanda 188 (2017-ci il aprelin 30-da 145 sm), Bankədə 191 (2017-ci il aprelin 30-da 169 sm), Araz çayının Novruzlu məntəqəsində isə 69 santimetr (2017-ci il aprelin 30-da 63 sm) təşkil edir.
AzVision.az