Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
AzVision.az-aa verilən xəbərə görə, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən reyd zamanı Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 m3 həcmində fısdıq cinsinə məxsus meşə materialı aşkar olunub və meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı sexin sahibi Ramil Kərimov barəsində akt tərtib olunub.
AzVision.az