İlahiyyat İnstitutu BDU-da fəaliyyət göstərəcək

İlahiyyat İnstitutu BDU-da fəaliyyət göstərəcək
  01 May 2018    Oxunub:1772
“Azərbaycan İlahiyyat İnstitutu hələlik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin yerləşdiyi binanın nəzdində fəaliyyət göstərəcək”.
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, növbəti mərhələdə Azərbaycan İlahiyyat İnstitutu üçün ayrıca binanın ayrılması, yaxud da kampusun inşa edilməsi nəzərdə tutulub.

“Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsiz olacaq. Bu ildən başlayaraq instituta qəbul keçiriləcək. İlkin mərhələdə instituta 2 fakültə üzrə 60 nəfər qəbul ediləcək”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb.

Aytən Zəhra
AzVision.az



Teqlər: İlahiyyat   BDU  





Xəbər lenti