Deputat “Gerb” sözünün “Herb” kimi yazılmasını təklif etdi

Deputat “Gerb” sözünün “Herb” kimi yazılmasını təklif etdi
  01 May 2018    Oxunub:1538
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsinin müzakirəsi zamanı “Gerb” sözündə düzəliş edilməsini təklif edib.
AzVision.az xəbər verir ki, komitə sədri “Gerb” sözünün “Herb” kimi yazılmasını təklif edib.

O, bildirib ki, bu tip sözlər rus dilindən alınmadır, həmin sözlərin əksəriyyətində “g” hərfindən deyil, “h” hərfindən istifadə olunur: “Ona görə “Gerb” sözü “Herb” kimi yazılmalıdır. Bu, çox vacib məsələdir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Deputat   Gerb  





Xəbər lenti