“Cərimələrin artırılması haqda xəbərlər yanlışdır” - Ziyafət Əsgərov

“Cərimələrin artırılması haqda xəbərlər yanlışdır” - Ziyafət Əsgərov
  01 May 2018    Oxunub:1941
“Bəzi qanunların, o cümlədən Cinayət və İnzibati Xətalar məcəllələrinin 2017-ci ildə qəbul edilən “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırılmasını yanlış təqdim edirlər. Cərimlərin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirilir. Bu, tamamilə yanlışdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədr müavini Ziyafət Əsgərov deyib.

Vitse-spiker qeyd edib ki, burada söhbət yalnız ölkədə hərbi vəziyyətin tətbiq olunduğu zamandan gedir. “Hərbi vəziyyət haqqında” qanun nə vaxt tətbiq ediləcəksə, o zaman bu cəzalar tətbiq olunacaq. Bu, bizim beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Bu məsələdən yazarkən təhrifə yol verilməməlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ziyafət-Əsgərov   Milli-Məclis  





Xəbər lenti