Bakıda maşın oğruları tutulub
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Abşeron rayon sakinləri Elnur Sədirxanov, Ceyhun Məhərrəmov və Samir Tağıyev olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az