General Məmmədov hərbi attaşe ilə görüşüb
İkitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayan polkovnik N. Y. Çodri səmimi qəbula görə təşəkkürünü ifadə edib. Qonaq öz növbəsində Azərbaycan Respublikasının Daxili Qoşunları ilə Pakistan İslam Respublikasının müvafiq qurumu arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini vurğulayıb.
Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hərbi sahədə daim inkişaf edən əlaqələr hər iki tərəf üçün faydalıdır.
AzVision.az