"Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir" - Vitse-spiker

"Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir" - Vitse-spiker
  02 May 2018    Oxunub:1106
"Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair lazımi tədbirlər görülür".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin İnsan hüquqları komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında deyib.

Vitse-spiker bildirib ki, Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəliklərdən, beynəlxalq konvensiyaların üzərimizə qoyduğu öhdəliklərdən, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunundan və Cinayət Məcəlləsindən irəli gələn tələblər yerinə yetirilməkdədir.

B.Muradova qeyd edib ki, bu sahədə Azərbaycanın əldə etdiyi nəticələr kifayət qədər müsbətdir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Bahar-Muradova  





Xəbər lenti