Komitə sədri "dərman mafiyası"ndan danışdı
“Həkimlərlə birgə cinayət əlaqəsinə girərək keyfiyyətsiz dərman vasitələrinin geniş yayılması və əhalinin sağlamlığına mənfi təsir edən hadisələr baş verib. Həmin insanlar cəzalarını alacaqlar. Dərman vasitələrinə daim nəzarət olmalıdır”.
Ə.Əmiraslanov əlavə edib ki, yaxşı dərmanlar olmasa, əhaliyə keyfiyyətli tibbi yardım etmək olmaz: “Keyfiyyətsiz dərmanların müalicəsi xoşagəlməz olur və problemlərə yol açır. Ona görə də bu istiqamətdə nəzarət artırılmalıdır”.
Qeyd edək ki, bu günlərdə qanunsuz dərman satışı ilə məşğul olan 5 vəzifəli şəxs həbs edilib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Dərman Komitə-Sədri