Gözün buynuz qişası əməliyyatına başlanılıb

Gözün buynuz qişası əməliyyatına başlanılıb
  03 May 2018    Oxunub:1687
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində gözün buynuz qişası əməliyyatının aparılmasına başlanılıb.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. Komitə sədri bildirib ki, bu əməliyyat hər klinikada aparıla bilməz:
“Ola bilər ki, hələ digər tibb müəssisələrinə gözün buynuz qişasının ölkəmizə gətirməsinə icazə verilmir”.

Komitənin sədr müavini, millət vəkili Musa Quliyev isə xatırladıb ki, bu yaxınlarda Nazirlər Kabineti gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı qaydaları təsdiqləyib: “Təbii ki, gözün buynuz qişasını ölkəyə hər kəs gətirə bilməz”.

Xatırladaq ki, ötən il Azərbaycan prezident İlham Əliyev “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkədə transplantasiyasına icazə verilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti