3 ayda 376 yol qəzası olub - 162 ölü, 343 yaralı
Yol-nəqliyyat hadisələrinin 91,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,3 faiz artaraq 136 nəfər, yaralananların sayı isə 15,0 faiz azalaraq 328 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 53,2 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox) nəqliyyat vasitələrinin və piyadaların, 31,1 faizi (14,6 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 15,7 faizi (21,3 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,9 faizini, yaralananların isə 79,0 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 11 hadisə baş vermiş, nəticədə 8 nəfər ölüb, 8 nəfər yaralanıb. Belə hadisələrin 72,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
AzVision.az