Məmmədyarov İƏT-in iclasında iştirak edəcək

Məmmədyarov İƏT-in iclasında iştirak edəcək
  04 May 2018    Oxunub:1167
Xarici işlər naziri Elmar Məmmədyarov Banladeş Xalq Respublikasının paytaxtı Dəkkəyə yola düşüb.
Azərbaycan XİN-dən AzVision.az-a verilən məlumata görə, Elmar Məmmədyarov 5-6 may tarixlərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının 45-ci sessiyasında iştirak edəcək.

Sessiyada nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

AzVision.az




Teqlər: XİN   Doha   İƏT  





Xəbər lenti