“Deputat 8 min manat maaş almalıdır” - Qüdrət Həsənquliyev

“Deputat 8 min manat maaş almalıdır” - Qüdrət Həsənquliyev
  04 May 2018    Oxunub:2558
“Düşünürəm ki, bu artım yetərli deyil. Ölkədə devalvasiya baş verib, əmək haqqı vətəndaşların ləyaqətli həyatını təmin etməlidir. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc və gəlirlər barədə düşünməməlidirlər"
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların maaşlarının artırılmasının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, region ölkələrindən əmək haqqına görə geri qalırıq:

“Bəzi qonşu dövlətlərdən əmək haqqımız bir neçə dəfə aşağıdır. Azərbaycan Prezident Administrasiyasının işçilərinin nə qədər maaş aldıqlarını bilmirəm, bu barədə məlumat verilsəydi, yaxşı olardı. Bizə verilən məlumata görə hətta orada şöbə müdirinin əmək haqqı Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir. Düşünürəm ki, spiker 10 min, deputat isə 8 min manat maaş almalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov bu yanaşmanın yanlış olduğunu qeyd edib. Onun sözlərinə görə, Q.Həsənquliyevin dedikləri doğru deyil.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti