“Televiziyalarda ara həkimləri reklam edilir” - Millət vəkili

“Televiziyalarda ara həkimləri reklam edilir” - Millət vəkili
  04 May 2018    Oxunub:1249
“Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Televiziyanı açan kimi görürsən reklam edirlər, İrandan, Türkiyədən filan həkim gəlib, 5 günlük xəstələri qəbul edəcək, tez gəlin. Öz məşhur həkimlərimiz kənarda qalır. Televiziyalarda hətta ara həkimlər də reklam edilir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib. Millət vəkili bildirib ki, müzakirələr aparılır, etiraz edilir, amma nəticə olmur:

“Axşam televiziyada yenə ara həkimlər reklam olunacaq. Telekanallarda əsasən 3 reklama üstünlük verilir: Həkimlər, dərmanlar və klinikalar. Bu cür reklamların qarşısı alınmalıdır. Milli Məclisdə deyilənlər həyata keçirilməlidir. Onlara dövlət tərəfindən ciddi təpki göstərilməlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Aqil-Abbas  





Xəbər lenti