Əlillərlə bağlı yeni qanun layihəsi qəbul edildi

Əlillərlə bağlı yeni qanun layihəsi qəbul edildi
  04 May 2018    Oxunub:2124
Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Komitə sədri qeyd edib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir.

Qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti