MTRŞ-dan deputatların həkimlərlə bağlı etirazına münasibət

MTRŞ-dan deputatların həkimlərlə bağlı etirazına münasibət
  04 May 2018    Oxunub:1962
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar qeyri-peşəkar həkimlərin, özəl klinikaların və müxtəlif dərman vasitələrinin telekanallarda reklam edilməsinə etiraz ediblər. Millət vəkililləri hesab edirlə ki, bu cür reklamlar qadağan olunmalıdır.
Milli Televiziya və Radio Şurası (MTRŞ) deputatların etirazına münasibət bildirib. MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov AzVision.az-a açqılamasında televiziyalarda tibbi verilişlərin, həkimlər və özəl klinikaların reklamının çox olduğunu təsdiqləyib. Lakin qurum rəsmisi bunu özəl televiziyaların reklamdan maliyyələşməsi ilə əlaqələndirib.

“Bir məsələni nəzərə alaq ki, əgər ölkədə özəl klinikaların sayı çoxalırsa, onların reklamının artması da normaldır. Klinikalar bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərir. Burda televiziyaların günahı yoxdur. Televiziyalar haradan bilə bilər ki, həkimlər peşəkardır, ya yox. Əgər burada problem varsa, köklü şəkildə həll olunmalıdır. Tək televiziyalarda onların reklamının qadağan olunması ilə iş bitməyəcək. Reklam yayıcısı qismində çoxlu vasitələr çıxış edir, tək telekanallar yox”.

T.Dadaşov qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində reklamların çox olması normaldır: “Necə ki, yerli və xarici məhsullar var, eləcə də yerli və xarici həkimlərin reklamı normal qəbul olunmalıdır. Burada telekanala aid iş yoxdur. Qanunlarımız icazə verirsə, problemli məsələ yoxdur”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti