Ramil Usubov vətəndaşlarla görüşəcək

Ramil Usubov vətəndaşlarla görüşəcək
  05 May 2018    Oxunub:2262
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bərdə rayonunda vətəndaşlarla görüşəcək.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir may ayının 26-da Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini Bərdə rayon Polis Şöbəsində qəbul edəcək.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər: DİN   Ramil-Usubov  





Xəbər lenti