Bakıda fələstinli səfirlərin illik toplantısı keçiriləcək

Bakıda fələstinli səfirlərin illik toplantısı keçiriləcək
  05 May 2018    Oxunub:868
"Bu ilin sonunda Bakıda Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etməyi planlaşdırırıq".
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 45-ci sessiyasında çıxış zamanı deyib.

Nazir bildirib ki, bu, Fələstin xalqı və dövlətinin mövcud problemlərinin müzakirəsi üçün əlverişli imkan yaradacaq.

AzVision.az



Teqlər: Fələstin   XİN   Bakı  





Xəbər lenti