FHN mənzildə kişi meyiti tapıb

FHN mənzildə kişi meyiti tapıb
  05 May 2018    Oxunub:967
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
AzVision.az Fövqaladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada 1938-ci il təvəllüdlü Zülfüqarov Mikayıl Məhərrəm oğlunun meyitini aşkarlayıb.

AzVision.az


Teqlər: #FHN  





Xəbər lenti